Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kovboy
Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad. == İlk kovboylar == Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi. Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865).
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Kovboy Bibop
Cowboy Bebop (yap. カウボーイビバップ, azərb. Kovboy Bibop‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Film Takaki Tononun həyatının 10 ildən çoxunu əhatə edir.
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər.
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. == Yerləşməsi == Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir.
Koşki adaları
Koşki adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şokalski boğazının şimal-qərbində, Oktyabr İnqilabı adasından 2,7 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. İki ada arasında məsafə 950 metrdir. Böyük ada 2,3 km uzunluğa və 900 m enə malikdir. Kiçik ada isə 750 m uzunluğa və 450 m enə malikdir. Ən hündür nöqtəsi 14 metrdir. Bu yüksəklik Boyük adada yürləşir.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Kovey sui-qəsdi
Kovey sui-qəsdi (ing. The Conway Cabal) — ABŞ İstiqlal müharibəsi zamanı, 1777-ci ilin sonu və 1778-ci ilin əvvəlində ordunun baş komandanı bir qrup yüksək rütbəli Kontinental Ordu zabiti tərəfindən Corc Vaşinqtona qarşı sui-qesdçilər qrupu. Sui-qəsd öz adını Vaşinqtonu tənqid edən məktubları Kontinental Konqresə briqada generalı Tomas Konveyin adından götürmüşdür. Məktublar məlum olanda Vaşinqton tərəfdarları onun müdafiəsinə qalxmışdılar. Konvey nəhayət ordunu tərk etmiş və baş komandan vəzifəsinə əsas namizəd olan general Horatsio Geyts sui-qəsddə iştirakına görə üzr istəmişdir. Vaşinqton belə bir sui-qəsdin olduğuna əmin olsa da, mütəşəkkil sui-qəsdin sübutu yox idi. İddialara görə, sui-qəsddə ordu zabitlərindən başqa Con Adams, Samuel Adams, Riçard Henri Li və Ceyms Lovell də iştirak edirdilər.
Koki Mizuno
Koki Mizuno (6 sentyabr 1985, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Koki Niva
Koki Niva (丹羽 孝希, Niva Koki, 10 oktyabr 1994, Tomakomai) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Koki Niva Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Daha sonra Koki Niva Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Koki Yonekura
Koki Yonekura (d. 17 may 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Stiven Kovi
Stiven Riçards Kovi (ing. Stephen R. Covey; 24 oktyabr 1932, Solt-Leyk-Siti – 16 iyul 2012, Aydaho-Fols[d], Aydaho) — amerikalı pedaqoq, yazıçı, iş adamı və natiq. Onun ən məşhur kitabı “Yüksək effektiv insanların 7 vərdişi"dir. Onun digər kitabları arasında Birinci şeylər birinci, Prinsip mərkəzli liderlik, Yüksək effektiv ailələrin 7 vərdişi, 8-ci vərdiş, və Məndəki liderlik: Dünyada məktəblər və valideynlər böyüklüyə necə ilham verir göstərmək olar. 1996-cı ildə Time jurnalı onu ən nüfuzlu 25 adamdan biri adlandırmışdır. O, Yuta Dövlət Universitetinin (USU) Jon M. Huntsman Biznes Məktəbinin professoru olmuşdur. Kovi 24 oktyabr 1932-ci ildə Yuta ştatının Solt Leyk Siti şəhərində Stiven Qlenn Kovi və İren Luiza Riçards Kovinin ailəsində anadan olub. Kovi gənc ikən atlet olmuş, lakin orta məktəbdə başın bud sümüyü epifizinin sürüşməsindən əziyyət çəkmişdi ki, bu da ondan diqqətini akademiklərə və debat komandasının üzvünə dəyişməsini tələb etdi və orta məktəbi erkən bitirdi. Kovi Yuta Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi, Harvard Biznes Məktəbində (HBS) MBA (magistr) dərəcəsi və Brigham Young Universitetində (BYU) doktorluq dərəcəsi qazanmışdır. O , Pi Kappa Alpha qardaşlığının üzvü olmuş, on dəfə fəxri doktor adına layiq görülüb.
San-Koakin qraflığı (Kaliforniya)
San-Xoakin (ing. San Joaquin County) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 620,000 nəfər olmuşdur. Mərkəzi Stokton şəhəridir.