Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. == Həyatı == Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Korovin adası
Korovin adası (ing. Korovin Island, esk. Tanĝanuk) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Adanın sahəsi 67,85 km²-dir. XVIII əsrin ikinci yarısında rus dənizçisi İvan Korovinin şərəfinə adlandırılmışdır.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Yevgeni Korovin
Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964, Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb. Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib. 1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi. Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır.