Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqdalena Kojena
Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[…], Brno) — Çex əsilli müğənnisi (Mezzo-soprano) == Bioqrafiyası == Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir.