Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokura
Kokura (小倉市, Kokura-şi, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri. 2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir. == Tarixi == Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi. Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir.