Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Kolombo
Kolombo (sinh. කොළඹ, tam. கொழும்பு), tarixi mənbələrdə Kalanbu (كلنبو‎) — Şri-Lankanın ən iri şəhəri və paytaxtı.Ölkənin Qərb vilayətində, Kolombo dairəsində yerləşir. Əhalisi — 672,7 min nəfər (2007), Böyük Kolombonun əhalisi Moratuva, Dexivala-Maunt-Laviniya və Şri Cayavardenepura Kotte ilə birlikdə — 5,648,000 nəfərdir. == Şəhər infrastrukturu == Kolombo dərin körfəz sahilindədir. Limanla yanaşı "Fort" adlanan şəhərin işgüzar mərkəzi vardır. Burada əvvəllər Portuqaliyanın limanı qoruyan qalası yerləşirdi. Kolombo portu Cənubi Asiyanın ən böyük limanıdır. Mərkəzdə inzibati binalar, marketlər, hotellər, banklar yerləşir. Kolombo ölkənin böyük sənaye və mədəni mərkəzidir.
Anton Korobov
Anton Korobov (ukr. Антон Коробов, 25 iyun 1985, Kemerovo vilayəti, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Ukrayna şahmatçısı, qrosmeyster (2003). 2013-cü ildə keçirilən blitz üzrə Avropa birinciliyinin qalibidir. 2002 və 2012 Ukrayna Çempionu, 2004-cü ildə Volokitindən sonra ikinci yerin sahibidir. 2011-ci ildə Naxcıvan Openin qalibi olmuşdur. 2011-ci ildə DÜnya Kubokunun iştirakçısı olmuş, lakin ikinci raunda Viiugov-a uduzmuşdur. 2012-ci ilin fevralında Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür. 2013-cü ilin Ukrayna Çempionatında bürünc mükafatı qazanmışdır. 2013-cü ilin Dünya Kubokunda Vasif Durarbəyli, Baadur Jobava, Daniil Dubov və Hikaru Nakamura üzərində qələbələrdən sonra, Vladimir Kramnik tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anton Korobov.
Dimitrios Kolovos
Dimitrios Kolovos (1940, Afina) — Yunanıstanlı keçmiş üzgüçü. Dimitrios Kolovos Yunanıstanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dimitrios Kolovos birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:13.8 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kamerun kolobus
== Kamerun Kolobusu == Qırmızı Kolobus cinsi olan primat ailəsinin meymun növündən biridir. == Təsnifat == Əvvəllər bu Qvineya Kolobusu ya da Qırmızı Kolobus bir alt növü hesab edilirdi. == Təsvir == BAşı qara,arxa qırmızı, ayaqları, yanaqları və qırmızı rəngli kuyruğu qara rəngdir. [1] == Yayılımı == Korup Milli Parkı, Kamerun, həmçinin Kross Milli Parkı,Nigeriya da daha çox rast gəlinir.[2] Dəniz səviyyəsindən 1400 metr yüksəklikdəki nəmli meşələrdə yayılmışdır. 20-dən 64-ə qədər sürüdə say təşkil edir.Əsasən yem olaraq yarpağı seçir.Təbiətin qorunması üzrə Beynəlxalq İttifaq bu növə "Kritik bir vəziyyətdə" müdafiə statusunu verdi. Qorunmasi üçün əsas ovçuluq yasaqlanmışdır. Bu növün böyük hissəsi Kamerun və Nigeriyada qorunan ərazilərdə yaşayır. == Xarici keçidlər == The IUCN Red List of Threatened Species.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır.Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. == Yerləşməsi == Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Kolokol adası
Kolokol adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 5,9 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Krayniy adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 500 m və 650 m). == Təsviri == Uzunluğu bir km-dən çox, eni isə 250 metr təşkil edir. Adanı ilk kəşf edənlər onu iri kilsə zənginə bənzətdiyindən bu cür adlandırmışlar. Cənubunda elədə böyük olmayan göl vardır.
Kolosov adaları
Kolosov adaları — Şimal Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında qərarlaşır. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Blizkiy adası 8,2 km şimal-şərqdə, Bazovıy adası 2,7 km şərqdə və Pustoy adasından 9 km şmalda yerləşir. Arxipelaqa daxil adalar arasında 500 m məsafə vardır. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 750 m uzunluğa malikdir. Sahilləri sıldırımlıdırc. Ada alcaqboylu otlarla örtülü tundra bitkiləri ilə örtülü olur.
Kolbek burnu
Kolbek burnu - Meri Berd Torpağında, VII Eduard yarımadasının şimal-qərb qutaracağında yerləşən burun. Burun 1902-ci ilin yanvarında «Diskaveri» gəmisi tərəfindən kəşf edilir. Burun Robert Skottun SY Morning gəmisinin kapitanı Vilyam Kolbekin şərəfinə adlandırılmışdır.