Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolibri
Kolibrilər (lat. Trochilidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi. Arıquşlar dünyada ən kiçik quşlardan biridir. Onlar ancaq Yeni Dünyada - Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar.
Kolizey
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Klodett Kolber
Klodett Kolber (ing. Claudette Colbert; 13 sentyabr 1903[…], Sen-Mande, Fransa – 30 iyul 1996[…], Spaytstaun, Barbados) — amerika aktrisası.
Kolbek burnu
Kolbek burnu — Meri Berd Torpağında, VII Eduard yarımadasının şimal-qərb qutaracağında yerləşən burun. Burun 1902-ci ilin yanvarında "Diskaveri" gəmisi tərəfindən kəşf edilir. Burun Robert Skottun SY Morning gəmisinin kapitanı Vilyam Kolbekin şərəfinə adlandırılmışdır.
Petr Korbel
Petr Korbel (6 iyun 1971) — Çexoslovakiyanı və Çexiyanı təmsil edən stolüstü tennisçi. Petr Korbel Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Petr Korbel Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Petr Korbel Çexiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Jan Batist Kolber
Jan Batist Kolber (fr. Jean-Baptiste Colbert; 29 avqust 1619[…], Reyms, Fransa krallığı – 6 sentyabr 1683[…], Paris, Fransa krallığı) — fransız dövlət xadimi, 1665-ci ildən sonra faktiki olaraq XIV Lüdovik hökumətinin başçısı. Əsas vəzifəsi maliyyə naziri olmuş, eyni zamanda bir çox başqa rəhbər vəzifələrdə çalışıb. Merkantilizm siyasətinin tərəfdarı, milli donanma, ticarət və sənayenin inkişafına töhfələr vermişdir. Fransız müstəmləkə imperatorluğunun formalaşması üçün iqtisadi şərtlərin əsasını qoyub. Onun himayəsi altında Yazılar və Ədəbiyyat Akademiyası (1663), Kral Elmlər Akademiyası (1666), Kral Musiqi Akademiyası (1669) və Kral Memarlıq Akademiyası (1671) qurulmuşdur.