Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Komola TV
Komola TV — kürd dilində yayımlanan televiziya. == Haqqında == İsveçin paytaxtı Stokholmdan yayımlanır. Kürd dilində olan kanal test yayımına başlayıb. İslam inqilabından sonra iranlı kürdlərin qeyri-qanuni elan edilmiş İran Kürdüstan Demokrat Partiyasından sonrakı ikinci böyük təşkilatı olan “Komala” İsveçdə yayımlanan kürd dilində olan digər TV kanalı “Rojhelat”dan sonra fəaliyyətə başlamış ikinci kürd televiziyası oldu. Marksist yönümlü “Komala”nın Cəlal Talabaniyə bağlı olması deyilsə də, təşkilatın mərkəzinin Süleymaniyyə şəhərində yerləşməsi qeyd olunur. “Komala” ABŞ, Kanada və Avropa ölkələrində də fəaliyyət göstərir.