Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə.Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər. 2015-ci ildə müasir tədqiqat layihəsi çərçivəsində Koçno daşının kiçik bir hissəsinin üzəri Qlazqo Universitetinin tədqiqatçıları tərəfindən 3 günlük açıldı.
Yasuyuki Konno
Yasuyuki Konno (d. 25 yanvar 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 87 oyun keçirib, 2 qol vurub.
Yuyko Konno
Yuyko Konno (d. 10 oktyabr 1980) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Antonio Qarsiya Konexo
Antonio Qarsiya Konexo (isp. Antonio García Conejo; d. 5 sentyabr 1971, Karasuaro) – Meksika siyasətçisi. Demokratik İnqilab Partiyasının üzvüdür. 2013-cü ildən Meksika konqresində Miçoakanı təmsil edir.11 dekabr 2013-cü ildə parlamentdə enerji islahatı ilə bağlı debat zamanı bütün paltarlarını soyunaraq gündəmə düşmüşdür.