Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kofola
Kofola - 1960-cı ildə Çexoslovakiyada (indiki Çexiya və Slovakiya) əsası qoyulan qazlı alqokolsuz içkidir. Pepsi və Kolanın analoqudur. Bu içki Mərkəzi Avropada ən popular içki növüdür. Kofola Slovakiya, Macarıstan və Polşa kimi ölkələrdə iri həcmdə satışa çıxarılmışdır.
Anopla
Anopla (lat. Anopla) — heyvanlar aləminin nemertinlər tipinə aid heyvan sinfi. == Xarici quruluşu == Bu yarımsinfə aid olan nemertinlərin xarakterik xüsusiyyəti xortumda stiletin olmamasıdır. Ağız dəliyi qarın tərəfə keçmiş və beyin sinir düyünündən geridə yerləşir. Sinir-sistemi dəri-əzələ kisəsinin daxilində, bəzən isə bilavasitə dəri epitelisində yerləşir. == Yayılması == Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir. == Həyat tərzi == Ektoparazit həyat tərzi keçirirlər. Yaraqsız nemertinlər yarımsinfinə növ kimi Cerebratulus və Lineus longissimus- u misal göstərmək olar.
Enopla
Enopla (lat. Enopla) — heyvanlar aləminin nemertinlər tipinə aid heyvan sinfi. == Xarici quruluşu == Bu yarımsinfə aid olan nemertinlərdə xortum bir və ya bir neçə stiletlə yaraqlanmışdır. Ağız dəliyi bədənin ön ucunda yerləşir (terminal). Sinir sistemi dəri-əzələ kisəsinin altına keçmiş və parenximada yerləşir. Bu yarımsinfin nümayəndələri ölçülərinin kiçikliyi ilə xarakterizə olunur. Bu qurdların uzunluğu 10–12 sm olub, adətən sahil boyu zonalarında daşların altında yaşayır. Bu yarımsinfə yeganə olaraq şirin suda yaşayan Stichostemma cinsi də daxildir. == Yayılması == Bunların bir sıra nümayəndələrinə Avropanın və Şimali Amerikanın çay və göllərində təsadüf edilir. Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir.
Komola TV
Komola TV — kürd dilində yayımlanan televiziya. == Haqqında == İsveçin paytaxtı Stokholmdan yayımlanır. Kürd dilində olan kanal test yayımına başlayıb. İslam inqilabından sonra iranlı kürdlərin qeyri-qanuni elan edilmiş İran Kürdüstan Demokrat Partiyasından sonrakı ikinci böyük təşkilatı olan “Komala” İsveçdə yayımlanan kürd dilində olan digər TV kanalı “Rojhelat”dan sonra fəaliyyətə başlamış ikinci kürd televiziyası oldu. Marksist yönümlü “Komala”nın Cəlal Talabaniyə bağlı olması deyilsə də, təşkilatın mərkəzinin Süleymaniyyə şəhərində yerləşməsi qeyd olunur. “Komala” ABŞ, Kanada və Avropa ölkələrində də fəaliyyət göstərir.
Frensis Ford Koppola
Frensis Ford Koppola (7 aprel 1939[…], Detroyt, Miçiqan) — ABŞ kinorejissoru, ssenarist, prodüser. == Həyatı == Koppolanın çəkdiyi filmlər ümumdünya şöhrəti qazanmışdır: "Xaç atası" (1972), "Xaç atası 2" (1974) (hər iki film Oskar mükafatına layiq görülüb).
Koopa-hime
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/ , bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.