Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstruksiya
Konstruksiya (texnika) — maşın hissələrindən ibarət toplum. Konstruksiya (qrammatika) — Qrammatikada simvolik vəhdətdir. Konstruksiya (tikinti) — Tikililərə hissələrin daxilini təsvir edir. Konstruksiyaetmə — qurğuların layihələndirilməsi.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya (rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) — geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya terminini akademik İ. P. Gerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət" sisteminin özünü dağılmağa doğru aparmasın.