Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kontrasepsiya
Kontrasepsiya (contraceptio - istisna etmək) — mexaniki (prezervativlər, servikal qapaqlar və s.), kimyəvi (məsələn, vaginal toplar, qramisidin pastası) və digər kontraseptivlər və üsullarla hamiləliyin qarşısının alınması. Bəzi üsullar (xüsusilə də prezervativ) İİÇV və digər cinsi yolla keçən xəstəliklərə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Fransızlar XVIII əsrin ortalarında kontrasepsiyadan istifadə edərək doğum nisbətini məhdudlaşdırmağa başlamaqla, digər Avropa xalqlarından xeyli qabaqlamışdılar. === Bioloji kontrasepsiya üsulları === Bir qadın konsepsiya üçün ən əlverişli dövrü müəyyənləşdirir və bu "təhlükəli günlər" adlanan günlərdə cinsi əlaqədən çəkinir və ya fertil günlərdə digər kontrasepsiya üsullarından, məsələn, prezervativdən istifadə edir.