Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koşitse
Kоşitsе (slovak. Košice [ˈkɔʃɪt͡sɛ], alm. Kaschau‎, mac. Kassa, keçm. rus. Ко́шицы, Кашау) — Slovakiyanın ikinci böyük şəhəri. Slovakiyanın şərqində Çyerna Qora dağ massivinin yamaclarında, Qornad çayı vadisində yerləşir. Əhali 235 min nəfərdir. Koşitse mühüm sənaye və ticarət mərkəzidir. == Əhali == Son 100 ilə şəhər əhalisinin etnik tərkibi: 1850: ?
Koşitse bölgəsi
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Koşitse diyarı

Koşitse Hava Limanı
Koşitse Hava Limanı (Slovak. Medzinárodné letisko Košice) — Slovakiyanın ikinci ən böyük hava limanı. 2005-də hava limanından 269 885 sərnişin istifadə etmişdir. == Tarixçəsi == Hava limanı 1950-ci ildə yaranmışdır. İlk xətt 1955-ci ildə Koşitse-Praqa arasında olmuşdur. Hal-hazırda, Vyana, Praqa, Bratislava və Poprada uçan dörd aviasiya xətti vardır. Turizm mövsümündə Aralıq dənizi ölkələrinə əlavə reysləri həyata keçirilir. == Terminallar == Terminal 1-in ümumi sahəsi 4 456 m2 (47 960 sq ft.) təşkil edir. Terminallarda, aviasiya və turizm agentlikləri, uşaq otağı, istirahət otağı və biznes zalı qonaqların xidmətindədir. Həmçinin restoranlar, avtomobil icarəsi üzrə ofislər və kiçik mağazalar da fəaliyyət göstərir.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Martin Opits
Martin Opits (alm. Martin Opitz‎; 23 dekabr 1597, Bunslau — 20 avqust 1639, Dansiq) — Alman yazıçısı və şairi. Martin Opitsin yaradıcılığı ilə alman poeziyası orta əsrlərin ənənələri çərçivəsindən kənara çıxır. == Həyatı == Martin Opits Sileziyanın Bunslau şəhərində tacir ailəsində anadan olmuşdur. 1615-ci ildə Breslavl məktəbində oxuduğu vaxt latınca parlaq şeirlər yazan Opits Beyten gimnaziyasında məşhur bir şair kimi tanınır. Burada latınca yazdığı "Aristarx, yaxud alman dilinə nifrət haqqında" adlı traktatında ana dilini öyrənməyə, təkmilləşdirməyə çağırır. Heydelberq Universitetində oxuduğu dövrlərdə o, klassik filologiyanı öyrənir. Kapar Bart, Tsinkqrear kimi şair və filoloqlarla dostlaşır, alman ədəbiyyatında islahat aparmaq fikri ilə yaşayır. 1621-ci ildə Martin Opits bir diplomat kimi fəal siyasi fəaliyyətə başlayır, müxtəlif knyazların yanında qulluq edir, vətənpərvər şair kimi tanınır. 1636-cı ildə Opits Polşa kralı VI Vladislavın dəvəti ilə Dansiqə gəlir və 1639-cu ildə orada taun xəstəliyindən ölür.
İcraedici Komitə dağları
İcraedici Komitə (ing. Executive Committee Range) — Qərbi Antarktidanın Meri Berd Torpağında yerləşən 76°20' və 77°20' c.e arasında yerləşən dağ massivi. Silsilə bazaltdan ibarətdir. Ayrı-ayrı hissələrdə buzun üzərinə çıxır. Bu hissələrdə buzlağın qalınlığı 1000 metrdən 4285 metrə qədərdir (4181). Bütün Antarktidanın və silsilənin ən hündür sönmüş vulkanı Sidli dağıdır. Silsilə ilk dəfə 1940-cı ildə Meri Berd tərəfindən təşkil olunan ekspedisiya tərəfindən kəşf edilmiş və Amerikan Antarktida İcrayə Komitəsinin şərəfinə adlandırılmışdır.
Beynəlmiləl Döyüşçülərin İşləri üzrə Komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə