Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktor Korçnoy
Viktor Lvoviç Korçnoy (Rusca: Ви́ктор Льво́вич Корчно́й; (23 mart 1931 – 6 iyun 2016) peşəkar şahmat oyunçusu, müəllif və son zamanlaradək turnir sxemində ən yaşlı fəal qrosmeysterdir. O geniş kütlə tərəfindən heç vaxt Dünya Şahmat Çempionu olmamış ən güclü oyunçu hesab edilir. Bu ad üçün əsas alternativ seçim isə Pol Keresdir. Sankt-Peterburq (Leninqrad), Sovet İttifaqında anadan olan, Korçnoy 1976-cı ildə Niderlanda keçmiş və uzun illər İsveçrədə yaşamışdır. Korçnoy Anatoli Karpova qarşı üç oyun keçirmişdir. 1974-cü ildə o Namizədlərin final görüşünü 1975-ci ildə Bobbi Fişerin öz titulunu müdafiədən imtina etməsi nəticəsində 1975-ci ildə dünya çempionu elan olunmuş Karpova məğlub oldu. O, sonra iki ardıcıl Namizədlər tsiklində qalib gəlməklə 1978 və 1981-ci illərdə Karpov ilə Dünya Çempionluğu oyunlarına vəsiqə qazandı, lakin hər iki oyunda məğlub oldu. Korçnoy Dünya Çempionluğuna 10 dəfə namizəd olmuşdur (1962, 1968, 1971, 1974, 1977, 1980, 1983, 1985, 1988 and 1991). O, həmçinin, 4-qat SSRİ şahmat çempionu, beş dəfə Avropa çempionatını qazanan Sovet komandalarının üzvü və altı dəfə Şahmat Olimpiadasını qazanan Sovet komandalarının üzvü olmuşdur. 2006-cı ilin sentyabr ayında o, Yaşlılar Arasında Şahmat üzrə Dünya Çempionatını qazanmışdır.
Korab-Koritnik Təbiət Parkı
Korab-Koritnik Təbiət Parkı (alb. Parku Natyror i Korab-Koritnikut) ― Albaniyanın şərqində yerləşən təbiət parkı. Park nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qorunmasına xidmət edən Avropa yaşıl kəmərinin bir hissəsini təşkil edir. Ərazi vadilər, çaylar, buzlaq gölləri, mağaralar, kanyonlar, o cümlədən sıx iynəyarpaqlı və enliyarpaqlı meşələrdən ibarət 555.5 m² dağlıq ərazinin əhət edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı IV kateqoriyaya daxil etmişdir. Korab-Koritnik Təbiət Parkı şimaldan Kosovo ilə sərhəddən başlayaraq cənubda Şimali Makedoniya sərhəddindəki Deşa dağlarına qədər uzanır. Təbiət parkı Korab dağlarının və Koritnik dağının adını daşıyır. Korab zirvəsi 2,764 metr (9,068 ft) yüksəkliyi ilə həm Albaniya, həm də Şimali Makedoniyanın ən yüksək zirvəsidir. Dağ həm də Avropada birdən çox ölkə üçün ən yüksək nöqtə olan iki zirvədən biri və Avropanın ən məşhur 18-ci dağ zirvəsidir. Zirvə paçalanmış dağ massividir və əsasən Paleozoy dövrünə aid şist və əhəng daşından və həmçinin Triasa aid ciddi şəkildə zədələnmiş gips süxurlarından ibarətdir.