Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Korobov
Anton Korobov (ukr. Антон Коробов, 25 iyun 1985, Kemerovo vilayəti, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Ukrayna şahmatçısı, qrosmeyster (2003). 2013-cü ildə keçirilən blitz üzrə Avropa birinciliyinin qalibidir. 2002 və 2012 Ukrayna Çempionu, 2004-cü ildə Volokitindən sonra ikinci yerin sahibidir. 2011-ci ildə Naxcıvan Openin qalibi olmuşdur. 2011-ci ildə DÜnya Kubokunun iştirakçısı olmuş, lakin ikinci raunda Viiugov-a uduzmuşdur. 2012-ci ilin fevralında Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür. 2013-cü ilin Ukrayna Çempionatında bürünc mükafatı qazanmışdır. 2013-cü ilin Dünya Kubokunda Vasif Durarbəyli, Baadur Jobava, Daniil Dubov və Hikaru Nakamura üzərində qələbələrdən sonra, Vladimir Kramnik tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anton Korobov.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Echinops korobori
Echinops amplexicaulis (lat. Echinops amplexicaulis) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonim == Echinops claessensii De Wild. Echinops korobori De Wild. Echinops neumannii O.Hoffm. Echinops sidamensis Cufod.
Vaşinqton Koroso
Vaşinqton Brian Koroso Beserra (isp. Washington Bryan Corozo Becerra; 9 iyul 1998, Kevedo, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda hücumçu kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Koroso peşəkar karyerasına İndependente del Vale klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Keunka klubuna qarşı oyunda etmişdir. Koroso ikinci hissədə Brian Kabesası əvəz etmişdir. Koroso ilk qolunu 20 iyul 2016-cı ildə İndependente klubu ilə El Nasyonal klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Çili, Kolumbiya və Boliviya millilərinə qarşı oyunlarda Koroso dörd qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir.