Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokoşnik
Kokoşnik (qədim rus dilində:ко́кошь — toyuq sözü ilə bağlı olduğu ehtimal olunur.) — çutquya və ya ayparaya bənzər ənənəvi rus baş geyim forması, rus milli geyiminin mühüm simvollarından biri, sarafanla birlikdə istifadə olunurdu. Bir qayda olaraq, kokoşniklər əsasən evli qadınlar tərəfindən geyilirdi. Kokoşnik bayram və hətta toy mərasimlərinin əsas simvolu hesab olunurdu — ümumiyyətlə müxtəlif naxışlar və talisman və nikah sədaqətinin və bərəkətinin rəmzləri ilə naxışlanır, qiymətli daşlarla bəzədilirdi. Çox vaxt kokoşnik bir qadının yalnız bəzəyi deyil, həm də onun amuleti idi. Adətən, kokoşnik əvvəlcə toy günündə, daha sonra ilk uşağın doğulması münasibəti ilə keçirilən mərasimlərin əvəzolunmaz elementlərindən biri idi. Mənbələrə əsasən kokoşnik ənənəsi Rusiyanın qədim Veliki Novqorod şəhərində IX əsrdən başlamışdır. Əvvəllər Rusiyanın şimal bölgələrinə yayılmış, XVI–XIX əsrlər arasında ölkə daxilində geniş yayılmışdı. Geyim üslub və dizayn baxımından müxtəlifdir, Rusiyanın müxtəlif bölgələrində kokoşniklər formasına və quruluşuna görə bir-birindən fərqlənirdi. Məsələn, Veliki Novqorodda tipik silindrik kokoşniklərdən, Vladimirdə iki kikalı (buynuzlu) kokoşniklərdən, Kostromada üçbucağa bənzər kikalı kokoşniklərdən, Karqopolda muncuqlarla bəzədilmiş kokoşniklərdən, Moskvada qırmızı rəngli kokoşniklərdən geniş istifadə olunurdu.Moda tarrixçisi Aleksandr Vasilyev qeyd edirdi ki, birinci və ikinci dünya müharibələri arasındakı dövrdə kokoşnik dünya modasında milli geyimlərdə "rus" amilinin ən məşhur elementi idi və məhz kokoşnik 1919–1929-cu illərdə dünya moda arsenalına daxil olmuşdur.
Ajania korovinii
Ajania korovinii (lat. Ajania korovinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü.
Artemisia korovinii
Artemisia korovinii (lat. Artemisia korovinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. == Həyatı == Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Korovin adası
Korovin adası (ing. Korovin Island, esk. Tanĝanuk) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Adanın sahəsi 67,85 km²-dir. XVIII əsrin ikinci yarısında rus dənizçisi İvan Korovinin şərəfinə adlandırılmışdır.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Yevgeni Korovin
Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964, Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb. == Həyatı == Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib. 1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi. Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır.
Korab-Koritnik Təbiət Parkı
Korab-Koritnik Təbiət Parkı (alb. Parku Natyror i Korab-Koritnikut) ― Albaniyanın şərqində yerləşən təbiət parkı. Park nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qorunmasına xidmət edən Avropa yaşıl kəmərinin bir hissəsini təşkil edir. Ərazi vadilər, çaylar, buzlaq gölləri, mağaralar, kanyonlar, o cümlədən sıx iynəyarpaqlı və enliyarpaqlı meşələrdən ibarət 555.5 m² dağlıq ərazinin əhət edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı IV kateqoriyaya daxil etmişdir.Korab-Koritnik Təbiət Parkı şimaldan Kosovo ilə sərhəddən başlayaraq cənubda Şimali Makedoniya sərhəddindəki Deşa dağlarına qədər uzanır. Təbiət parkı Korab dağlarının və Koritnik dağının adını daşıyır. Korab zirvəsi 2,764 metr (9,068 ft) yüksəkliyi ilə həm Albaniya, həm də Şimali Makedoniyanın ən yüksək zirvəsidir. Dağ həm də Avropada birdən çox ölkə üçün ən yüksək nöqtə olan iki zirvədən biri və Avropanın ən məşhur 18-ci dağ zirvəsidir. Zirvə paçalanmış dağ massividir və əsasən Paleozoy dövrünə aid şist və əhəng daşından və həmçinin Triasa aid ciddi şəkildə zədələnmiş gips süxurlarından ibarətdir. Dağın qərb yamacı dik qaya divarlarından, şimal yamacı isə dağınıq qayalardan ibarətdir.Təbiət parkında rütubətli, soyuq qışı və quru, isti yayı olan mülayim, rütubətli kontinental iqlim hakimdir.