Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valeriya Korotenko
Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub. == Həyatı == Valeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi. == Karyerası == Valeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi. Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı.