Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kostroma
Kostroma — Rusiya Federasiyasının Kostroma vilayətində şəhər.
Kostroma quberniyası
Kostroma quberniyası (rus. Костромская губерния) — Rusiya İmperiyasının quberniyalarından biri. Quberniya indiki Kostroma vilayətini əhatə edirdi. Mərkəzi Kostroma şəhəri idi. Quberniya 1796-cı ildə Kostroma canişinliyinin əvəzinə qurulmuş və 1929-cu ildə Kostroma dairəsi ilə əvəz olunmuşdu. == İnzibati bölmələri == Kostroma quberniyası 1897-ci ildə Çuhloma, Qaliç, Buy, Kineşma, Koloqriv, Kostroma, Makaryev, Nerehta, Soliqaliç, Vetluqa, Varnavin, Vetluqa, Yuryeveç daxil olmaqla 12 şəhəri özündə birləşdirirdi.
Kostroma vilayəti
Kostroma vilayəti (rus. Костромская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. == Bioqrafiya == Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı == Həyatı == 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.