Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kropotkin
Kropotkin (rus. Кропоткин) — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Pyotr Kropotkin
Pyotr Alekseyeviç Kropotkin (rus. Пётр Алексеевич Кропоткин; 27 noyabr (9 dekabr) 1842, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 8 fevral 1921[…], Dmitrov, Moskva quberniyası[d], RSFSR[d]) — anarxizmi müdafiə edən rus fəalı, alim və filosof idi. == Həyatı == 9 dekabr 1842-ci ildə Moskvada anadan olub. Atası knyaz Aleksey Kropotkin, anası Yekaterina Nikolayevna idi. 1846-cı ildə anası vərəm xəstəliyindən öldükdən sonra Pyotr və qardaşları sərt xasiyyətli ataları tərəfindən böyüdülüb. === Təhsil və hərbi xidmət illəri === Orta məktəbi 1 nömrəli Moskva Gimnaziyasında oxuyan gənc Kropotkin 1862-ci ildə Corps des Pages (rus. Пажеский корпус) hərbi məktəbindən məzun olmuşdur. Hərbi korpusda əsasən aristokrat ailədən gələn 150 gənclə birlikdə təhsil alan Kropotkin gənc yaşda da zadəgan nəslin nümayəndələri ilə yola getmirdi. Bu səbəblə vaxtının əsas hissəsini kitab oxumağa və jurnal çıxarmağa ayırır. Sonradan bir neçə geoloji ekspedisiyada iştirak edərək Sibirdə zabit vəzifəsində çalışmışdır.