Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krossvord
Krossvord (ing. Crossword — sözlərin kəsişməsi) — sözlərin təyinatının (mənasının) tapılması üzrə qurulmuş oyun. Daxil edilmiş sözlər kəsişərək krossvord torunu əmələ gətirirlər. Krossvord xanalardan ibarətdir. Adətən bu xanaların birində tələb edilən sözün ipucu, digərində isə tələb olunan söz daxil edilir. Krossvord oyununda tələb olunan söz, ipucu verilmiş xanada göstərilmiş istiqamət üzrə daxil edilməlidir. Krossvordda yaş məhdudiyyəti yoxdur.
Krossfiord
Krossfiord (norv. Krossfjorden) — Qərbi Şpisbergen (Şpitsbergen arxipelaqı, Norveç) adasının qərb sahillərində yerləşən fiord. Ondan bir qədər cənubda Konqsfiord yerləşir. == Tarixi == İngilis araşdırmaçı və səyyah Conas Pul 1610-cu ildə fiordda olmuş və onu "Qapalı buxta" (ing. Close Cove) adlandırmışdır. İngilis Con Daniel 1612-ci ildə fiordu xəritəyə salarkən Closse Sound adı ilə qeyd etmişdir. Burada Şpisbergendə ilk Balina ovu bazası (1610) təşkil edilmişdir. Yaxınlıqda isə ikinci bazanın qalıqları belə vardır. Görünən odur ki, bu baza olduqca az istifadə edilmiş və ehtiyat xarakteri daşımışdır. Fiordun bu hissəsinin qarşı tərəfində XVII əsrə aid qəbiristanlıq vardır.