Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krossover
Krossover (uydurma)
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). == Nümunələr == "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Krossover (avtomobil)
Krossover və ya CUV (crossover utility vehicle) SUV və minik avtomobilinin birləşməsidir. Krossoverlər FWD, RWD və ya 4WD tərtibatındakı sistemlər ilə mövcuddurlar və yüngül yolsuzluq imkanlarına malikdirlər.