Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kruqlıy adası (Krasnoyarsk diyarı)
Kruqlıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 6,7 km, Oktyabr İnqilabı adasından 500 m aralıda yerləşir. Qorbatıy adasından 500 m şimalda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Mərkəzində elədə böyük olmayan qaya vardır.
Arkadiy Kruqlov
Arkadi Konstantinoviç Kruqlov (4 sentyabr 1926 – 1998, Moskva) — rus mühəndisi, alim, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == 1926-cı il sentyabrın 4-də Smolensk vilayətinin Jornovski kənd Sovetinin Sıçevski rayonunun Rojevo kəndində kəndli ailəsində anadan olmuşdur. Atası — Konstantin Nikolaeviç Kruqlov (1897–1941?) Kotovski G.İ. süvarilərinin tərkibində vətəndaş müharibəsində döyüşmüşdür. Anası — Yevdakiya Andreyevna Kruqlova (doğularkən — Qromova), (1895–1989) qalan uşaqlar (Gennadiy, Zinaida, Mixail, İvan və daha ikisi) ilə, kəndin və onların rayonlarının bütün sakinləri kimi 1941-ci ildə Qərbi Belorus ərazisindəki həbs düşərgəsinə aparılmışdır. 1940-cı ildən (14 yaşından) fabrik-zavod məktəbinin — FZM-nin şagirdi olarkən Leninqradda Kirov zavodunda işləməyə başlamışdı. FZM üzrə ixtisası: modelçi. 1942-ci ildə o, həyat yolu ilə Böyük Rostova, oradan isə Luqanska evakuasiya edilmiş və burada orta məktəbi bitirmişdi. 1946–1951-ci illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun xüsusi elektrofizika fakültəsində oxumuş, təhsilini bitirdikdən sonra 817 nömrəli zavoda göndərilmişdir. 1968-ci ildə Moskvada SSRİ Orta maşınqayırma nazirliyinin mərkəzi aparatına köçürülmüş, burada əvvəlcə elmi-texniki idarənin (ETİ) fizika-texniki şöbəsinin müdiri, elmi-texniki idarənin rəis müavini, sonra isə rəisi vəzifələrində çalışmışdır (1991-ci ilə qədər). 1972-ci ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunu bitirmişdir.
Dmitri Kruqlov
Dmitri Kruqlov (est. Dmitri Kruglov; doğ. 24 may 1984, Tapa, Estoniya SSR, SSRİ) — Estoniya futbolçusu, "Levadiya Tallin" klubunun və Estoniya milli futbol komandasının müdafiəçisi. == Həyatı == === Klub karyerası === Kqurlov karyerasının ilk illərini Estoniyanın "TJK-83 Tallin" "HÜJK Emmaste" "Tallin" və "Levadiya Tallin" komandalarında keçirib. 2005-ci ildə Moskvanın "Lokomotiv" klubuna keçib. 2006-cı ildə icarə əsasında Krasnodarın "Kuban" klubuna keçib, lakin burada əsas heyətdə möhkəmlənə bilməyib. O, klubun heyətində yeganə görüşünü Rusiya kubokunun 1/16 mərhələsi çərçivəsində "Krılya Sovetov" komandasına qarşı keçirib. 2007-ci ildə yenə də icarə əsasında Moskvanın "Torpedo" komandasına keçib. 2010-cu ildə icarə əsasında Bakının "Neftçi" komandasına keçib. Neftçinin heyətində 3 mövsüm keçirdikdən sonra Bakının başqa təmsilçisi "İnter"ə keçib.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Nectandra krugii
Nectandra krugii (lat. Nectandra krugii) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.