Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kruşevo Respublikası
Kruşevo Respublikası (mak. Крушевска република) — Balkanlarda qurulan ilk respublikalardan biri. İliden qiyamı zamanı qurulur. Respublikanın mövcudluğu 10 gün davam edir - 1903-cü il avqustun 3-dən 13-dək. == Tarixi == Nikola Karevin başçılıq etdiyi 750 üsyançı tərəfindən kazarma, poçt şöbəsi və bələdiyyəyə edilən hücum zamanı osmanlı qoşunları Kruşevo şəhərindən çıxarılır. Dərhal şəhərdə özünüidarəetmə qurulur. Şəhərin hər etnik-dini icmasından 20 nəfər olmaqla 60 üzvdən ibarət Respublika Şurası toplanır. Respublika Müvəqqəti İnqilab Hökümətinin başçısı, etnik azlıqların millətçiliyini rədd edən və Balkan Federasiyasının ideyasını dəstəkləyən sosial demokrat Nikola Karev idi. Hökumətə qanunu və qaydaları qorumağa, ərzaq və dərman təminatını və maliyyə dövriyyəsini təşkil etməyə çağıran 6 nəfər (hər icmadan 2 nəfər) daxil idi. Kruşevo Respublikası hökumətinin dərc etdiyi ən məşhur sənəd Kruşevski manifestidir.
Krevo qalası
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir.Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu. Qalanın qalıqları 19-20-ci əsrlərdə, xüsusən 1929-cu ildən Polşa tərəfindən qorunub saxlanılır.