Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Adamava ştatı
Adamava ştatı (ing. Adamawa State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Modimmo Adamanın adından gəlir. O, 1809-cu ildə bu ərazidə Adamava Əmirliyinin əsasını qoyan, Osman dan Fodio tərəfindən təşkil onunan Fulani cihadın yerli başçısı idi.
Anambra ştatı
Anambra ştatı (ing. Anambra Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Britaniya kolonial ofiserləri tərəfindən işlənilən Anam branch ifadəsindən gəlir. Anam yerli bir klan adıdır, branch isə ingiliscə budaq demək.
Bauçi ştatı
Bauçi ştatı (ing. Bauchi Ibom) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Bauçi şatatın paytaxtı olan Bauçi şəhəri Bauşe adlı bir ovçunun adından gəlir. O, şəhərin yaradıcısı olan, Yaqub ibn Dadiyə bu yerdə şəhər tikməyə məsləhət verib. Buna görə Yaqub ona yeni şəhərə onun adını verəcəyini söz verib.
Bayelsa ştatı
Bayelsa ştatı (ing. Bayelsa State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onu təşkil edən ərazilərin adlarının hərflərdən ibarətdir: Brass LGA (BALGA), Yenaqoa (YELGA) və Saqbama (SALGA).
Benue ştatı
Benue ştatı (ing. Benue State) — Nigeriyanın Şimal-mərkəz geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Benue çayından gəlir.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Ciqava ştatı
Ciqava ştatı (ing. Jigawa State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun əhalisinin ən böyük hissəsini təşkil edən Hausa xalqının dilində gilli, bataqlıqsız geniş torpaq ərazisi deməkdir.
Corciya ştatı
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Delaver ştatı
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.
Delta ştatı
Delta ştatı (ing. Delta State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir.
Ebonyi ştatı
Ebonyi ştatı (ing. Ebonyi State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Aboine çayından gəlir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.
Enuqu ştatı
Enuqu ştatı (ing. Enugu State) — Nigeriyanın Cənub-şərgi geosiyasi zonasında ştat. == Adı == Enuqu ştatı öz adını onun paytaxtından alıb. İqbo dilində Énú Ụ́gwụ́ təpə zirvəsi demək.
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaliforniya ştatı
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır.Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır. Tək Kaliforniyanın iqtisadiyyatı Rusiyanın bütün iqtisadiyyatından daha böyükdür.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Massaçusets ştatı
Massaçusets (ing. Commonwealth of Massachusetts) — Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən ştat. Ştat şərqdən Atlantik Okeanı, cənubdan Konnektikut və Rod-Aylend, şimaldan Nyu-Hempşir və Vermont, qərbdən Nyu-York ştatı ilə əhatələnib. Paytaxtı Boston şəhəridir.
Kitami
Kitami (yap. 北見市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.