Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyərti küküsü
Göyərti küküsü — Azərbaycan mətbəxi və Türkiyə mətbəxinə aid qəlyanaltı. == Tərkibi == 6 ədəd yumurta, 60 qr göy soğan, 50 qr keşniş, 50 qr şüyüd, 60 qr – da yağ. Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır. 2 diş sarımsaq, 2 qr duz. == Hazırlanma qaydası == Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
Kürü küküsü
Kütüm küküsü
Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir. Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q.
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.