Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.