Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kütburun nərə
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Kütburun timsah
Kütburun timsah (lat. Osteolaemus tetraspis) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Bu sinfin indi mövcud olan ən kiçik növü və hamaralın kaymanlarla birlikdə timsahlar dəstəsinin ən kiçik nümayəndəsidir. Qərbi Afrikanın şirin su hövzələrində geniş yayılmışdır. Ayrı bir Osteolaemus cinsinə daxildir. == Görünüşü == Yetkin kütburun timsahın ölçüsü ümumiyyətlə 1,5 m-dən çox deyil. Qeydə alınan maksimum uzunluq 1,9 m-dir. Rəngi qara, qarnı isə sarıdır. qarnında qara ləkələri var. Yetkinlik yaşına çatmayanların adətən arxa və yan hissələrində açıq qəhvəyi zolaqlar, başlarında sarı ləkələr olur.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. == Növləri == Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. == İstinadlar == == Xarici keçidlər == Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Kükürdün dövranı
Kükürd - Sənayedə, kənd təsərrüfatında,tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. == Ümumi məlumat == Kükürd qədim zamanlardan məlum olan və təbiətdə daha çox tapılan qeyri-metal növüdür və ən çox yayılan on altıncı elementdir. Bu element təbiətdə həm təbii halda, həm də kükürd birləşmələri şəklində tapılır.Ən geniş təbii kükürd mədənləri Meksika, Polşa, İtaliya (Siciliya), ABŞ (Luiziana, Texas), Yaponiyada və keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərində (Türkmənistan, Özbəkistan) yerləşir. == Kükürdün fəaliyyəti == Kükürdün dövranı- Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.