Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.