Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karxulu
Karxulu — Cəbrayıl rayonunda kənd. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Tarixi == Karxulu toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Karxulu sözünün mənşəyi qədim türk mənbələrinə görə, karqu, karxu sözündən götürülüb: gözətçi məntəqəsi, qala, mühafizə olunan yer deməkdir və kəndin bu adla adlandırılması ilkin ehtimallara görə, ərazisindəki hündür təpə ilə bağlıdır. Təpənin üst hissəsindən baxdıqda nəinki kəndin ərazisi, hətta digər qonşu kəndlər də açıq-aydın görünür və qədimlərdə yaxınlaşan təhlükələrdən vaxtında xəbər tutmaq və qorunmaq üçün, strateji cəhətdən əlverişli yer olaraq təpədən gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Maraqlıdır ki, Karxulu toponiminə digər ölkələrdə də rast gəlinir: Gürcüstan ərazisində "Karxul" adlı dağ və çay, Krım Muxtar Respublikası ərazisində isə "Karqulu" adlı kənd vardır. Kar sözü eyni zamanda ərəb mənşəlidir, ərəb dilində bir çox mənaları vardır: eyni peşə, sənət ilə məşğul olanlar, iti addımlarla yerimək və s. Qədim Dəməşqdə eyni peşə ilə məşğul olan sənətkarlar zümrəsini "Əhl il-Kar" adlandırırdılar və onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı ərazisində "əl-Kar" adlı dağ və turizm mərkəzi olan kənd vardır. Xulu sözü də ərəb mənşəli sözdür.
Andrey Karaulov
Andrey Viktoroviç Karaulov (rus. Андрей Викторович Караулов) — Rusiya jurnalisti. == Həyatı == Andrey Karaulov 10 sentyabr 1958-ci ildə Kalininqradda anadan olub. QİTİS-də teatrşünaslıq fakültəsində təhsil alıb (1981). "Teatr həyatı" jurnalının redaktoru (1983-1985), "Oqonyok" jurnalının yumor şöbəsinin rəhbəri (1985-1988), "Naşe nasledie" almanaxında (1988-1990), "Rodina" jurnalında şöbə rəhbəri (1990), "Nezavisimaya qazeta"da ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri (1991), 1992-ci ildən NTV-də "Russkiy Vek", TNT kanalında "Vorovannıy vozdux", "Moment istinı" və "Russkie lyudi" verilişlərinin aparıcısı və müəllifidir. 2000-ci ildən "Moment istinı" və "Russkiy Vek" verilişləri ТВЦ kanalında yayımlanır.