Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laduşkin
Laduşkin (rus. Ладушкин) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Alberto Paloski
Alberto Paloski (4 yanvar 1990) — Seria C liqasının B qrupunda çıxış edən "Siena" klubunun hücumçu mövqeyində çıxış edən İtaliya futbolçusu. == Milli komanda karyerası == 2008-ci ildə Paloski İtaliya millisinin heyətində 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2 qol vurmuşudur. 18 noyabr 2008-ci ildə İtaliyanın U-21 yığmasında Almaniya ilə yoldaşlıq oyununda debüt etmişdir. O, 2009-cu ildə İsveçdə keçirilən U-21 Avropa çempionatında İtaliya heyətinə dəvət almışdır. 2014-cü ilin mart ayında Çezare Prandelli onu əsas milli komandanın heyətinə saldı. 31 may 2015-ci ildə Paloski Antonio Konte tərəfindən yenidən təlim-məşq toplanışına çağırıldı.
Aleksandr Nadolski
Aleksandr Vladimiroviç Nadolski (rus. Александр Владимирович Надольский; 9 aprel 2001-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Nadolski öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Anatoli Adoskin
Anatoli Mixayloviç Adoskin (rus. Анатолий Михайлович Адоскин; 23 noyabr 1927, Moskva – 20 mart 2019, Moskva) — SSRİ və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1996). == Həyatı == Anatoli Mixayloviç Adoskin 23 noyabr 1927-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, 1942–1943-cü illərdə avtonəqliyyat texnikumunda təhsil almışdır. Adoskin 1948-ci ildə Mossovet adına teatrın nəzdində teatr studiyasını bitirmiş, 1961-ci ilə kimi burada çalışmışdır. O, 1961–1965-ci illərdə "Sovremennik" teatr studiyasında (baş rejissor Oleq Yefremov), 1965–1968-ci illərdə Lenin Komsomol teatrında aktyor olmuşdur (baş rejissor Anatoli Efros). Adoskin 1968-ci ildən yenidən Mossovet teatrının aparıcı aktyoru olmuş və Yuri Zavadskinin quruluşunda tamaşalarda iştirak etmişdir. Anatoli Adoskin filmlərdə əsasən ikinci plan rollarında çəkilmişdir: "Qızlar" filmində (1961) Dementyev, "TREST əməliyyatı" teleserialında (1967) Radkeviç, "Yeddi qoca və bir qız" komediyasında (1968) Sidorov, "Doktor Cekill və Cənab Haydin qəribə hekayəsi" filmində (1985) Atterson, "Axmaqlar evi" filmində qoca (2002) və başqaları. Anatoli Adoskin 20 mart 2019-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Kiçik Lyaxoski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.