Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lednikovaya dağı
Lednikovaya dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisindəki dağ zirvəsi. Zirvə Bırranqa dağlarının şimal-şərq silsiləsində yerləşir. Uzun müddətdir Lednikovaya 1146 m hündürlüyü ilə Bırranqanın ən yüksək zirvəsi sayılırdı. Lakin 1990-cı illərdə zirvənin hündürlüyü dəqiqləşdirildi. Onun 1119 m olduğu ortaya çıxdı. Beləliklə hündürlüyü 1125 m təşkil edən başqa bir zirvə Bırranqa dağlarının ən hündür nöqtəsi olaraq müəyyən edildi.