Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leytmotiv
Leytmotiv — əsərin, ədəbi yaradıcılığın, yaxud cərəyanın ana xətti aparıcı, istiqamətverici motivi, canı, məğzi (bu termin ədəbiyyatşünaslığa musiqidən keçmişdir). Leytmotiv, məsələn, əsəri başa düşmək üçün açar rolu oynayan əsas söz, ifadə, cümlə, bədii surət, yaxud süjet şaxəsi olur. Yəni o, əsərin ideya-emosional yükünü özündə ən çox cəmləşdirən və əsər boyu təkidlə, bir neçə dəfə yad olunan ünsürdür. Məsələn: Cəlil Məmmədquluzadənin "Ölülər"əsərində Kefli İsgəndərin dilindən verilən "Allah sizə rəhmət eləsin, ölülər" ifadəsi.