Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Betula
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Laquna
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Lecuno
Lecuno( it. Leggiuno ) Şimali İtaliyada bir kommunadır. Lombardiya bölgəsinin Vareze əyalətində yerləşir . Əhalisi 3 651 nəfərdir (2014), əhalinin sıxlığı 277 nəfər / km²-dir. Sahəsi 13.19 km² ərazini əhatə edir. Poçt kodu - 21038. Telefon kodu - 0332. Kommunanın hamisi müqəddəs müqəddəs Birinci Şəhid Stefandır . Onun şəninə 26 dekabrda bayram keçirilir. == Məşhur insanları == Luigi Riva (1944-cü ildə doğulub) Keçmiş İtaliyalı futbolçu.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Levuka
Levuka — Ficidə yerləşən və YUNESKO-nun Dünya İrsi siyahısına salınan tarixi liman şəhəri. == Haqqında == Levuka şəhəri yerli əhali tərəfindən qurulmuşdur. Şəhər Ficinin ingilislər tərəfindən 1874-cü ildə işğal edilməsindən sonra Okeaniyanın ilk koloniya paytaxtı olmuşdur. Şəhərin mövqeyi əlverişli olduğundan XIX əsrdə inkişaf edən ticarətin nəticəsi olaraq avropalılar və amerikalılar bura anbarlar, məktəblər, evlər, liman, dini məbədlər, dükanlar və ictimai obyektlər qurmuşlar. Burada avropalıların məskunlaşmasında sonra yerli xalqın daha da çoxalması gerçəyi ilə dünyada çox az görülən bir mənzərə yaranmışdır. Bu səbəbdən Levuka böyük dəniz gücünə sahib ölkələrin işğalından sonra yerlilərin yerli quruluş ənənələrinin yox olmadığı və iç-içə inkişaf, qaynaşdığı bir məskunlaşma yeri olmasından ötəri əhəmiyyətli universal dəyərə malikdir. 2013-cü ildə 1399-cu üzv kimi Luveka şəhəri YUNESKO-nun Dünya İrsi siyahısına düşmüşdür.
Qetura
Qetura — İbrahim peyğəmbərin 3-cü arvadı. Bibliyaya görə, İbrahim peyğəmbər onunla ilk arvadı Sara öldükdən sonra evlənmişdir. Onun Qeturadan 6 uşağı olmuşdur.
Qətəna
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Tetuan
Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎) — Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir. Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur.
Petunia
Petuniya (lat. Petunia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı portuqal dilində petun — "tütün" deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır. Hazırda dekorativ gülçülükdə əvvəlki növlərin heç birindən istifadə olunmur, növarası hibridlər isə geniş yayılmışdır. Bağ petunyası (P.x.hybrida) hündürlüyü 75 sm-ə çatan budaqlanan bitkidir. Hibrid petuniya Azərbaycanda dekorativ bitki kimi istifadə edilir. Bu bitkinin çoxlu miqdarda mədəni formaları vardır ki, bunlar da 2 qrupa bölünür: Çoxçiçəklilər qrupu (P.h.multiflora); İriçiçəklilər qrupu (P.h.grandiflora). İriçiçəklilər qrupu bir neçə yarımqrupa bölünür. Onlardan eyvanlarda kompozisiyaların qurulmasında istifadə olunur.
Ficus retusa
Ficus retusa (lat. Ficus retusa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Futuna plitəsi
Futuna plitəsi — mikroplitə olaraq 0,00079 steradian sahəyə malik plitə. Adətən Sakit Okean plitəsinin tərkib hissəsi olaraq göstərilir. Sakit okeanın cənubunda Futuna adası yaxınlığında yerləşir. Şimaldan Sakit Okean plitəsi, cənubdan Avstraliya plitəsi və şərqdən Niuafoou plitəsi ilə əhatələnmişdir.
Haworthia retusa
Haworthia retusa — Cənubi Afrikadakı Western Cape Əyalətindəki Riversdale regionunda çok kiçik bir ərazidə endemik olan Asphodelaceae fəsiləsinin Haworthia cinsinin çiçəkli bitkilərinin bir növüdür. == Təbiətdə yayılması == 10 sm (3,9 inç) uzunluğa və genişliyə qədər böyüyən, qalın üçbucaq formalı yarpaqları və 50 sm (20 inç) uzunluğundakı salxımlarda düzülmüş kiçik ağ boru formalı çiçəkləri olan, çok illik bir sukulentdir. Təbii yaşam arealı alçaq təpəliklər və daha düz ərazilərdir. Yaxın qohumu olan Haworthia turgida, şimaldakı daha dik, daha qayalıq və daha dağlıq ərazidə yaşayır. Digər xüsusiyyətlərinə görə bu iki növ bir-birlərinə oxşar olduqlarından H.turgida növünə H.retusa'nın dağlıq ərazidə yetişən forması demək olar. == Adlandırılması == Haworthia cinsi adı İngilis botanik Adrian Hardy Haworthun(1767–1833) şərəfinə adlandırımışdır. Növün adı Latıncadan "yenidən istifadə olunmuş" yarpaq forması mənasındadır. == Morfologiyası == Əsas fərqləndirici xüsusiyyəti yarpaq sonluqlarının şəffaf və üçbucaq formada olmasıdır. Bu yarpaq quruluşu deltoid adlanır. Bu növ digərlərindən şəffaflığın yalnız uc hissədə olması ilə ayırd edilir.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Lampropeltis getula
Lampropeltis getula (lat. Lampropeltis getula) — lampropeltis cinsinə aid ilan növü.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Latina əyaləti
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Ligularia retusa
Ligularia retusa (lat. Ligularia retusa) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Malpighia retusa
Malpighia emarginata (lat. Malpighia emarginata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin malpigiyakimilər fəsiləsinin malpigiya cinsinə aid bitki növü.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Portulaca retusa
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Prensa Latina
Prensa Latina (isp. Prensa Latina), rəsmi adı: Prensa Latina, Latın Amerikası informasiya agentliyi S. A. (isp. Prensa Latina, Agencia Informativa Latinoamericana S.A.) — Kuba informasiya agentliyi. 1959-cu il 16 iyunda Ernesto Çe Gevaranın təşəbbüsü ilə yaradılıb. Agentliyin təsisçisi və ilk direktoru Xorxe Rikardo Masetti olub.
Quercus lentula