Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Lizetta
Lizetta — I Pyotrun atı. == Tarixi == "Zaman" qəzetinin icmalçı-jurnalisti Leonid Feodosi tərəfindən aşkar edilmiş rəvayətdə I Pyotrun bu atı Riqa ətrafında işləyən dəmirçidən aldığı söylənilir. 1698-ci ilin iyununda Böyük Səfirlikdən qayıdan I Pyotr çoxlu geosiyasi məsələlərlə bağlı yaranmış sualları qaydasına salaraq, qonşu Avropa ölkələri razılığa gəlmişdir. 1696–1698-ci illərdə mövcud olmuş Böyük Səfirlik Rusiyanın beynəlxalq təcrid olunmasının aradan qaldırılmasında ilk addım olmuşdur. I Pyotr köhnə Moskva yolu, hazırda Riqada yerləşən indiki Bribivas küçəsi ilə geri qayıdırmış. Müasir Riqa mikrorayonu olan Teykada Pyotr tacirlərlə — at dəllalları ilə rastlaşır. Onlar qonur rəngli Qarabağ cinsindən olan cavan bir atı satışa çıxarmışdılar. Pyotr ilk baxışdan bu ata vurulur, çünki at öz qeyri-adi gözəlliyi ilə seçilirdi. O, dərhal at dəllallarına atın satışını dayandırmasını bildirərək, öz atı ilə bu cavan atı dəyişməyi və üstəlik 100 holland çervonunu da verəcəyini bildirir. Bu cür təklif Riqa tacirləri üçün sərfəli idi.
Ayzeluort Mona Lizası
Ayzeluort Mona Lizası (fr. Mona Lisa d’Isleworth) — Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Aparılmış uzunmüddətli tədqiqatlardan sonra 2015–2016-cı illərdə yayımlanmış elmi nəşrlərdə əsərin Leonardo da Vinçinin fırçasına aid olması bildirilmişdir. İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir. Sonradan əsəri almış Henri F. Pulitzer Ayzeluort Mona Lizasının Leonardo da Vinçi tərəfindən işlənmiş Liza Gerardinin əsl portreti olmasını qeyd edir. Hazırda şəxsi kolleksiyada saxlanan əsər ictimayətə nümayiş etdirilmir. Buna baxmayaraq, son illər ərzində müxtəlif mütəxəssislərə onu tədqiq etməyə, həmçinin sənədli film üçün çəkilişlər aparmağa icazə verilmişdir. == Tarixi == Leonardonun erkən bioqrafı Corco Vazari, rəssamın "Mona Liza" portretini 1503-cü ildə çəkməyə başlamsını, lakin bir müddət sonra yarımçıq tərk etdiyini bildirir. Buna baxmayaraq, tamamilə başa çatdırılmış "florensiyalı xanımın portreti" 1517-ci ildə Leonardonun ölümündən qısa müddət əvvəl onun yaşadığı malikanədə yenidən peyda olur.