Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur. Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir. Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. == Tarixi == Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.