Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lobkovitz sarayı (Praqa)
Lobkovitz sarayı (çex. Lobkovický palác) – Praqanın mühüm tarixi-memarlıq abidələrindən biri sayılır və yerli sakinlər üçün böyük əhəmiyyət kəsb edir. Saray tanınmış Lobkovitz sülaləsinin şəhər iqamətgahı idi, hazırda bu binada Almaniyanın Praqa şəhərindəki səfirliyi yerləşir. Tikilini Lobkovitzlilərə sonralar geri qaytarılmış və Praqa qəsrində yerləşən (Hradçanı rayonunda) sarayla qarışdırılmamalıdır. Praqadakı bu saray Vyanada yerləşən eyniadlı sarayla birlikdə qədim Lobkovitz zadəgan ailəsinə mənsub idi. Lobkovitz sarayı Praqanın Mala Strana rayonunda və Praqa qəsrindən 200 metr cənubda, Vlaşska küçəsi (çex. Vlašská), ev № 19-da yerləşir. Hazırda bu sarayın sahibi Maksimilianın (10-cu Lobkovitz knyazının) nəvəsi Uilyam Lobkovitzdir. == Tarix == Lobkovitz sarayının inşa planları 1541-ci ildə Hradçanıda baş vermiş güclü yanğından sonra yaranmışdı. Sarayın yerləşdiyi hazırkı ərazidə XVI əsrin əvvəllərində Wolf Krajir və Krajku adlı iki böyük qotik üslublu binalar yerləşirdi.
Lobkovitz sarayı (Praqa qəsri)
Lobkovitz sarayı (çex. Lobkovický (Lobkowiczký) palác, alm. Palais Lobkowitz‎) — Praqanın qəsrində yerləşən barokko üslublu saray. XVI əsrdə inşa olunmuş saray indiyə qədər Lobkvitz sülaləsinin ailə üzvlərinə məxsusdur; o şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır. == Tarix == Hazırkı sarayın yerində saray tipli binanın inşası 1542-1554-cü illərdə Çexiya Krallığının ən tanınmış və ali burqqrafı olmuş Kraykalı Volf Krayirj tərəfindən başladılmışdı. Lakin tezliklə o, yarımçıq sarayı məşhur Pernşteyn sülaləsinə satır. Tikinti işlərini Pernşteynli Yaroslav davam etmiş, onun Habsburq kralı Maksimilian yanında yüksək kansler vəzifəsini yerini yetirmiş qardaşı II Vratislav isə çox güman ki onun tamamlama işlərinə rəhbərlik edirdi. İlkin orijinal bina İntibah üslubunda inşa edilmişdir və daxili həyətinin ətrafında dörd qanadı var idi. Yeni sahiblərin şərəfinə sarayın adı Pernşteyn ilə əvəz olunmuşdu. Pernşteyn sarayının adı həmçinin "İkinci Praqa defenestrasiya" hadisələri ilə də qismən bağlıdır.