Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levçay
Levçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını Murovdağ silsiləsindən götürür. Tərtər çayının sol qolunu təşkil edir. Uzunluğu 36 km, hövzəsinin sahəsi 367 km²-dir. Mənbəyi Hinaldağın cənub yamacında dəniz səviyyəsindən 3250 m yüksəklikdən başlayır. Axımı qar, yağış və yeraltı sulardan formalaşır. Suyu suvarmada istifadə edilir.
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
İvana Lovriç
İvana Lovriç (d. 1 sentyabr 1984) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == İvana Lovriç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Levçay civə yatağı
Levçay civə yatağı — Tərtərçayın böyük sol qolu olan Levçayın yuxarı hövzəsində yerləşən yataq. Yataq məkanca Göygöl-Levçay zonasının şimal qərbində geniş bir sahəni əhatə edir. Levçay yatağı üst senon yaşlı əhəngdaşlarından təşkil olunub. Filizə nəzarət edən qırılma Ağdaş antiklinanlının tağı boyu keçir. Antiklinal qırışıq hər yerdə civə minerallaşması daşıyır. Yataqda civə ilə yanaşı sürmə və mərgümüş filizləşməsidə geniş yayılmışdır. Əsas filiz mineralı kinovardır. Bu mineral səpinti möhtəvi şəklində filiz kütləsinin əsas hissəsini təşkil edir. İkinci dərəcəli minerallara antimonit və realqar aiddir. Filizlərdə mərgümüşün miqdarı 0,02%, nadir hallarda isə 0,1-0,2% təşkil edir.
Levçay sürmə yatağı
Levçay sürmə yatağı — yatağın mərkəz hissəsində filiz kütləsi silisiumlaşmış, əhəng daşlarında civəli kütlələrlə yanaşı sürmə filizləşməsinində kifayət qədər olması müəyyənləşdirilmişdir. Filizdə sürmənin miqdarı 0,4-11,6 %, orta miqdarı isə 1,1%. təşkil edir. Yatağın öyrənilmiş hissəsində sürmənin ehtiyatı 2 min. ton olduğu müəyyən edilir.
Lovis Tovi Yeqoroviç
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. == Həyatı == Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Lex loci actus
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Livin' in the Sunlight, Lovin' in the Moonlight
"Livin' in the Sunlight, Lovin' in the Moonlight" — Al Şerman və Al Luis tərəfindən 1930-cu ildə Moris Şevalyenin baş rolda oynadığı "The Big Pond" filmi üçün yazılmış məşhur mahnı. 22 mart 1930-cu ildə Binq Krosbi və Pol Vaytmen Orkestri bu mahnının məşhur kaver versiyasını da yazdılar. Mahnı günün çartlarında 16-cı mövqedə qalmağı bacardı. Berni Kamins və onun Orkestrı da 1930-cu ildə mahnı ilə uğur qazanmış və onların versiyası 20-ci pillədə qərarlaşmışdı. El Boulli mahnını Les Allen ilə 17 oktyabr 1930-cu ildə səsyazı studiyasında yazdırmışdı. Britaniyadan gələn başqa kaver versiyanın müəllifləri iki qardaş Bob və Alf Pirson idi. 1968-ci ildə "Tiny Tim" bu mahnının kaver versiyasını buraxdı. Mahnının bu qeyri-adi ukulele versiyası Süngər Bob Kvadrat Şalvarın "Köməkçi axtarılır" pilot epizodunda istifadə edilmiş və yenidən populyarlaşmışdır. 2008-ci ilin yanvarında "American Idol" müsabiqəsinin iştirakçısı Sara Vitaker mahnı ilə çıxış etmişdi. Valve əvvəlcə "Team Fortress 2" adlı sinif əsaslı çox oyunçulu oyununun "Meet the Pyro" treylerində Tiny Tim versiyasını istifadə etməyi düşünsə də, nəticədə son qərarı "The Lovin' Spoonful"-un "Do You Believe in Magic" adlı mahnısı oldu.