Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Loqotip
"LOGO" - müəssisə və təşkilatıların fəaliyyətlərini və markalarını bir adla ifadə etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsü. Loqonu seçərkən nələrə diqqət edilməlidir: Loqo yaddaşlarda qala biləcək şəkildə olmalı; Sadə olmalıdır. Loqo şəkillə və yazı ilə birlikdə istifadə oluna bilər. Loqo təmsil etdiyi təşkilatın, markanın xüsusiyyətlərinə və məqsədinə uyğun olmalıdır.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.