Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lusaka
Lusaka (ing. Lusaka) — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi. Əhalisi — 1 451 145 nəfər (2010-cu il). == Əhali, dil, din == Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır. Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır. Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. == Din == 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Eri Tosaka
Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Tosaka həmdə 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb. == Karyerası == Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lusaka Universiteti
Lusaka Universiteti (ing. University of Lusaka) — Zambiyanın paytaxtı Lusaka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2007-ci ildə qoyulmuşdur.
Sanco Nosaka
Tsukasa Hosaka
Tsukasa Hosaka (3 mart 1937, Kofu – 21 yanvar 2018, Kofu) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Sanzo Nosaka
Sanzo Nosaka (野坂 参三, Nosaka Sanzō, 30 mart 1892, Hagi[d] – 14 noyabr 1993, Tokio) — Yaponiya yazıçısı, redaktoru, əmək təşkilatçısı, kommunist agenti, siyasətçisi və universitet professoru, Yaponiya Kommunist Partiyasının qurucusu. == Həyatı == Sanzo Nosaka 30 mart 1892-ci il tarixində Yaponiyanın Hagi şəhərində anadan olmuşdur. O, 1922-ci ildən Yaponiya Kommunist Partiyasının (YKP) üzvüdür. Nosaka 1922–1928-ci illərdə əmək federasiyasında işləmiş, inqilabi fəalliyyətinə görə gəbs cəzasına məhkum edilmiş, 1930-cu ildə azadlığa buraxılmışdır. O, 1930-cu ildən YKP Mərkəzi Komitəsinin üzvüdür. Nosaka 1932-ci ildən Moskvaya göndərilmiş, Kominterndə YKP-nin nümayəndəsi olmuş, Kominternin VII konqresində (1935) Kommunist İnternasionalının İcraiyyə Komitəsiin (KİİK) və KİİK Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1940-cı ildə Çinə köçmüş, yapon xalqının azadlıq cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Nosaka 1946-cı ildə Yaponiyaya qayıtmışdır. Burada o, YKP MK, MK Siyasi Bürosunun və Katibliyinin üzvü, 1955-ci ildə YKP MK Rəyasət heyətinin üzvü seçilmişdir. Nosaka 1958–1982-ci illərdə YKP MK sədri idi.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. == Həyatı == Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. == Fəaliyyəti == == İstinadlar == == Xarici keçidlər == https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. == Tarixi == Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. == Tarixi == Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Serezo Osaka FK
"Serezo Osaka" (セレッソ大阪, Seresso O:saka, ing. Cerezo Osaka) — Yaponiyanın Osaka prefekturasının Osaka şəhərinin futbol klubu.
2019 G20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.
2019 G-20 Osaka sammiti
2019 G-20 Osaka sammiti — İyirmilər qrupu (G-20) ölkələrinin 14-cü görüşü. 28-29 iyun 2019-cu il tarixlərində Yaponiyanın Osaka şəhərində Osaka Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Bu, Yaponiyada baş tutan ilk G-20 sammitidir.