Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş. Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər.
Losino-Petrovskiy
Losino-Petrovskiy — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Solano Kassamajor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. == Karyerası == Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
Solano Kassamayor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. == Karyerası == Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
İrvinq Losano
İrvinq Losano, tam adı İrvinq Rodriqo Losano Bayela (30 iyul 1995, Mexiko) — Meksikalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Meksika milli komandasının oyunçusu. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının və 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısı. O, Çaki ləqəbi ilə də tanınır. == Karyera == Lozano karyerasına "Paçuka" klubunda başlayıb, 2016 "Klausura" və 2016–17 "CONCACAF Çempionlar Liqası"nın qalibi olub. "Paçuka"da 152 oyunda meydana çıxıb və komandanın heyətində 44 qol vurub. 2017-ci ilin iyununda o, Hollandiyanın "PSV Eyndhoven" komandası ilə müqavilə bağladı və Hollandiyadakı ilk mövsümündə Erediviziyanın qalibi və eyni zamanda komandanın bombardiri oldu. 2019-cu ildə Lozano 42 milyon avroya "Napoli" klubuna transfer edilir. Bu transfer onu bütün zamanların ən bahalı meksikalı oyunçusu edir.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). == Həyatı == 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. == Ölümü == Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Solano qraflığı (Kaliforniya)
Solano — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 413,444 nəfər olmuşdur. Mərkəzi Feyrfeld şəhəridir.
Quicken Loans Arena
Quicken Loans Arena və ya digər adı ilə "The Q" ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşir. Bu arena NBA üzvü Klivlend Kavalers, Amerika Hokkey Liqasında çıxış edən Klivlend Monsters və Arena Futbol Liqasının üzvü Klivlend Qladitors komandalarının oyunlarına ev sahibliyi edir. Bundan əlavə arena Klivlend Steyt Vikinqs kişi və qadın basketbol komandalarının ikinci arenasıdır.
Nquen Nqok Loan
Nguyen Ngoc Loan (11 dekabr 1930, Hué, Fransız Çinhindi (Vyetnam) –14 iyul 1998, Burke, Virginia, ABŞ), Cənubi Vyetnam Polis Rəisi. 1968 – də Viet Kong — lu Nguyen Van Lem – in AP jurnalisti Eddie Adams və NBC kameramanı Vo Suu — nun gözü önündə başından vuruluraq öldürülməsindən saniyələr əvvəl çəkilən foto[[1]]. Adamsın çəkdiyi bu rəsm insanların müharibə əleyhinə çıxmasında mühüm rol oynamışdır. Adams 1969-cu ildə bu fotoya görə "Politser mükafatı" – na layiq görülmüşdür. == Bioqrafiya == Nguyen Ngoc Loan, Vyetnam ordusunda general idi. Nguyen 1975-ci ildə Saygonun məğlubiyyətindən sonra Cənubi Vyetnama sonra isə ABŞ – a qaçır və Virginiada şəhərətrafı Burke adlanan yerdə Rolling Valley Mall – da pizza restoranı açır. 1991-ci ildə kimliyi bəlli olanda təqaüdə çıxmaq məcburiyyətində qalır. Fotoğraf Eddie Adams, həmin restorana son dəfə gedərkən tualetin divarında "Sənin kim olduğunu bilirik!" yazısının olduğunu deyib. Nguyen Ngoc Loan, Chinh Mai Nguyen ile izdivacından 5 övlad atası olur. 1998-ci ildə 14 İyul ayında xərçəng xəstəliyindən vəfat edib.