Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Laquna
== Laquna == Laquna (isp. lagus-göl) -1. Sahil zonasında qum sayı (bar) və ya qum dili vasitəsilə dənizdən ayrılmış dayaz, şirin-sulu, şortam və ya çox şor sulu su hövzəsinə deyilir. 2. Mərcan rifləri ilə quru arasında və ya atolların içərisində yerləşən su hövzəsinə deyilir.
Ququşka çayı
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—«ququşka»,сәй, чәй—«çay») Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
Andryu Lapuka
Andryu Lapuka (d. 1 noyabr 1996) — Tonqalı üzgüçü. Andryu Lapuka Tonqanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Andryu Lapuka birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 30.59 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 80-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Anuşka Şarma
Anuşka Şarma(hind अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 54.54 saniyə nəticə göstərdi və 43-cü pillənin sahibi olub.Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Aquşa rayonu
Aquşa rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 622,8 km², inzibati mərkəzi Aquşa kəndidir.