Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir.Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Ləğuat
Ləğuat (ərəb. الأغواط‎, Əl-Əqvat) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir.Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir.Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar. Qəsəbədə Nəqşbəndi Sufi ordeninin Həqqani qolunun mənəvi rəhbəri Nazim əl-Haqqaninin 7 may 2014 tarixində vəfat etdiyi türbəsi yerləşir.
Leğlan (Hurand)
Leğlan (fars. لغلان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
Ləğman vilayəti
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir.Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Mişel Leqran
Mişel Leqran (fr. Michel Legrand) — Fransa bəstəkarı, dirijor və caz pianoçusu. == Tarixi == Leqran 1932-ci ilin fevral ayının 24-də Parisdə dünyaya gəlib. Onun bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub. 10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə Oskar, 5 dəfə Qremmi mükafatına, "Şerber çətirləri" filminə yazdığı müsiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb. Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı. Leqran ilk Oskarını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb.
Yoandis Leskay
Yoandis Alberto Leskay Prado (5 yanvar 1994) — Kubanı 2016 Yay Olimpiya Oyunlarında təmsil edən sprinter. Leskay Barselonada keçirilən 2012 Atletika üzrə Dünya Gənclər Çempionatında 200 m məsafəyə qaçış yarışlarında yarımfinalda mübarizə aparmışdır.
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Legiya Varşava FK
Legiya (Varşava) (pol.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Alois Leksa von Erental
Alois Leksa von Erental (27 sentyabr 1854[…] – 17 fevral 1912[…] və ya 1912, Vyana) — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı. 1895–1898-ci illərdə Buxarestdə diplomatik elçi, 1899–1906-cı illərdə Peterburqda səfir, 1906–1912-ci illərdə xarici işlər naziri olmuşdur. Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalının hazırlanmasında mühüm rol oynamışdır.