Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palma-de-Malorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. == Tarixi == Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. == Coğrafiyası == Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.