Mangistau vilayəti
Mangistau[mənbə göstərin] vilayəti (qaz. Маңғыстау облысы / Maŋğıstau oblısı) — Qərbi Qazaxıstan regionda vilayət.
Xəzər dənizin şərqi sahilindəki eyni adlı yarımadada yerləşir; şimal-şərqdə Atırau və Aqtöbe vilayətləri, cənubda Türkmənistan, şərqdə isə Özbəkistan ilə həmsərhəddir.
== Adlanması ==
Manğıstau vilayətinin qazaxca düzgün adı "Маңғыстау"dur (adətən latın qrafikasında bu ad "Maŋğıstau" və ya "Mañğıstau" şəklində yazılır; yeni qazax latın əlifası ilə isə "Mańǵıstau") (ң/ŋ/ñ/ń hərfi burunlu səslə tələffüz edilən "n"/"nq" səsini əks etdirir, türk dilləri üçün səciyyəvi olan bir səsdir). Bu ad vilayətin yerləşdiyi Manqışlaq körfəzinin qazax dilindəki tələffüzündən gəlir ("qıstau" sözü qazaxca "qışlaq" deməkdir).