Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanketka
Tanketka bir və ya ən çoxu iki nəfər üçün nəzərdə tutulmuş olan yüngül zirehli piyadalara dəstək maşınları olmuşdurlar. Onların əksəriyyətinin heç qüllələri də olmur və üzərlərində pulemyotlar və yaxud da qumbaraatanlar mövcud olurdu. Onlar 1930-1935-ci illər arasında məhdud sayda istehsal edilmiş və bu tarixdən sonra isə onların istehsalı ümumiyətlə dayandırılmışdır. Onların istehsallarının dayandırılmasının əsas səbəbi tank əleyhinə silahlara qarşı olduqca həssas olmaları idi. Ən klassik modelləri ingilislərin Carden Loyd tanketkalarıdır. Tanketkalar əsasən yaponlar tərəfindən cəngəllik müharibələri üçün istehsal və istifadə edilmişdirlər.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.