Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Martinik
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. == Coğrafiyası == Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Lakatnik burnu
Lakatnik burnu (bolq. нос Лакатник, ‘Nos Lakatnik’ \'nos la-'kat-nik\) — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Neofit zirvəsinin qolunu əmələ gətirir. Burun qərbi Bolqarıstanda yerləşən Lakatnik şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Lista burnundan 1.6 km şimal-şərqdə, Ceyms burnundan 11 km şimal-şərqdə, Qarmen burnundan 2.66 km cənub-qərbdə, Smit burnundan 22 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti (2005) Müdaxilə sənəti (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Martik Qaraxanyan
Martik Qaraxanyan (17 iyul 1949, Abadan, Xuzistan ostanı) — İran ermənilərindən olan və ABŞ-də yaşayan İran estrada müğənnisi və gitara ifaçısı. 17 iyuld 1949-cu ildə Abadanda dünyaya gəlmiş və hal-hazırda Los-Ancelesdə yaşayır.
Kombinə olunmuş malonik və metilmalonik asiduriya
Kombinə olunmuş malonil və metilmalonil asiduriya (İngiliscə: Combined malonic and methylmalonic aciduria, CMAMMA), həmçinin kombinə olunmuş malonil və metilmalonil asidemiya adlanır. Bu xəstəlik malonil turşusu və metilmalon turşusunun yüksək səviyyəsi ilə xarakterizə olunan irsi metabolik xəstəlikdir. Bəzi tədqiqatçılar fərz edirlər ki, CMAMMA metilmalonil asidemiyanın ən geniş yayılmış növlərindən biridir və ehtimal ki, metabolizmin ən çox rast gəlinən anadangəlmə xətalarından biridir. Nadirən diaqnoz qoyulduğu üçün əksər hallarda bu, aşkar edilməmiş olur. == Simptomlar və əlamətlər == CMAMMA-nın klinik fenotipləri yüksək heterogendir və asimptomatik, mülayim və ağır simptomlar arasında dəyişir. Əsas patofiziologiya hələ ki, başa düşülməmişdir. Ədəbiyyatda aşağıdakı simptomlar haqqında məlumat verilmişdir: metabolik asidoz koma hipoqlikemiya tutmalar mədə-bağırsaq xəstəlikləri inkişaf ləngiməsi nitq ləngiməsi inkişaf uğursuzluğu psixi xəstəlik yaddaş problemləri koqnitiv tənəzzül ensefalopatiya kardiomiopatiya dismorfik xüsusiyyətlər İlk simptomlar uşaqlıqda meydana çıxdıqda aralıq metabolik pozğunluqlar olma ehtimalı daha yüksəkdir, halbuki böyüklərdə adətən nevroloji simptomlar olur. == Səbəblər == CMAMMA yaranma səbəbinə görə iki ayrı irsi pozuntuya bölünə bilər: biri ACSF3 geni (OMIM#614265) tərəfindən kodlanmış mitoxondrial fermentin asil-CoA sintez ailə üzvü 3-ün çatışmazlığıdır; digər pozulma MLYCD geni (OMIM#248360) tərəfindən kodlanmış malonil-CoA dekarboksilaza çatışmazlığıdır. == Diaqnoz == Müxtəlif klinik simptomların mövcudluğu və böyük miqyasda yeni doğulmuş müayinə proqramlarında gözdən qaçdığı üçün CMAMMA-nın az tanınan xəstəlik olduğu güman edilir. === Yeni doğulmuş müayinə proqramları === ACSF3-ə bağlı CMAMMA-nın metilmalonil-CoA, malonil-CoA və ya propionil-CoA-nın toplanması ilə nəticələnməməsi, həmçinin akilkarnitin profilində müşahidə olunan anormallıqlar olmadığı üçün CMAMMA standart qan əsaslı yeni doğulmuş müayinə proqramları ilə aşkar olunmur.