Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medvedev
Medvedev — soyad. Maksim Medvedev — Azərbaycan futbolçusu. Aleksandr Medvedev — Rusiya biznesmeni. Andrey Medvedev — Ukrayna tennisçisi.
Dmitri Medvedev
Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[…], Leninqrad) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 3-cü Prezidenti (7 may 2008 – 7 may 2012), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri. Dmitri Medvedyev hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur. == Həyatı == Dmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır. Dmitri Medvedyev Sankt-Peterburqun Frunze rayonundakı 305 nömrəli fəxri məktəbi bitirib. Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir. Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb. Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == İran və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.
Medvedev fillireyası
== Təbii yayılması: == Qafqazın və Qərbi Asiyanın meşələrində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 3-5 m-ə qədər olan, çılpaq budaqlı koldur. Yarpaqların uzunluğu 6-12 sm, eni 2-6 sm, yumurtavari-neştər formalıdır. Səthi dərivari, tam kənarlı və biz ucludur. Çiçəkləri xoş ətirli, sarımtıl-ağ rənglidir, qısa çiçək saplağında dəstələrlə yerləşir. İyun ayında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Qələmlərlə çoxaldılır. == Ekologiyası: == Yavaş böyüyür, kölgəyə davamlı və rütubətsevəndir. == Azərbaycanda yayılması: == Abşeron şəraitində normal inkişaf edir. Respublikamızda bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Svetlana Medvedeva
Svetlana Medvedeva — Rusiyanın keçmiş birinci xanımı. Svetlana Vladimirovna Medvedeva hərbçi ailəsində, Leninqrad vilayətində 1965-ci ildə doğulub. Qız familiyası Linnik olub. Orta məktəbi Kupchinoda oxuyub. Elə burada da paralel sinifdə oxuyan gələcək əri Dmitri Medvedev ilə tanış olub. 1989-cu ildə onlar evləniblər. 1996-cı ildə onların oğlu İlya doğulub. Oğul İlya kompüteri və futbolu xoşlayır. Svetlana Medvedeva Maliyyə və İqtisad institutunun statistika fakultəsini bitirib. Ancaq ixtisası üzrə az işləyib.
Aleksandr Medved
Aleksandr Medved (rus. Александр Васильевич Медведь; 16 sentyabr 1937, Belaya Serkov, Ukrayna SSR) — görkəmli sovet sərbəst güləşçisi, SSRİ əməkdar idman ustası (1962). == Həyatı == Aleksandr Medved sərbəst güləş üzrə üçqat olimpiya çempionu (1964, 1968, 1972), 7 dəfə dünya (1962–1963, 1966–1967, 1969–1971), 4 dəfə Avropa (1966, 1968, 1971 və 1972) və 1961–1970-ci illərdə ard-arda 9 dəfə SSRİ çempionu olmuşdur. Güləş haqqında iki kitabın müəllifidir.