Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Medolin Smit Osborn
Medolin Smit Osborn (ing. Madolyn Smith Osborne) - ABŞ aktrisasıdır. == Həyatı == Medolin Smit 1 yanvar 1957-ci il tarixində Nyu-Meksiko ştatında anadan olmuşdur. Atası hərbidə polkovnik, anası isə dayə vəzifəsində çalışmışdır. Atasının hərbidə işləməsi sayəsində Medolin bir çox yerlərdə olmuşdur. Medolin Cənubi Kaliforniya Universitetində təhsil almışdır. İlk çəkildiyi filmlərdə ikinci dərəcəli rolları ifa etmişdir. 1986-cı ildə ilk dəfə olaraq Əgər sabah açılsa mini-serialında baş rol alır. Mini-serialdakı ifa etdiyi Treysi rolu bir çox dünya ölkələrində tanınmışdır. Medolin 1988-ci ildə Hokkey oyunçusu Mark Osborn ilə ailə həyatı qurmuşdur.
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.