Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Meyera
Enydra (lat. Enydra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Mikena
Mikena (q.yun. Μῠκῆναι və Μῠκἠνη) — Arqolisdə, Mikena mədəniyyətinin, sonralar isə yunan sivilizasiyasının mərkəzlərindən biri olan qədim şəhər. Eramızdan əvvəl II minilliyə aid edilir. Peloponnesdə yerləşən, Afinanın cənub-qərbində yerləşir. Hazırda xarabalıqları qalıb. == Tarixi == Rəvayətə görə, şəhər Persey tərəfindən salınmışdır . Burada Elisdən köçən Danaya və Amifaonidlərin nəsilləri, sonra isə Pelonidlər yaşayırdılar, onların altında çox yüksəklikdə olan qonşu Arqos Mikenanı tabe etmişdi. Troya müharibəsi zamanı (e.ə. XII əsr) şəhər kralı Aqamemnon qardaşı, Sparta kralı Menelay, İtaka adasının kralı Odissey və Axilles ilə birlikdə Troyanın mühasirəsində iştirak etdi. Troya müharibəsindən sonra evə qayıtdıqdan sonra Aqamemnon axeylərin Troyaya qarşı yürüşündən əvvəl qızı İfigeniyanı qurban verməsi səbəbilə həyat yoldaşı Klitemnestra və sevgilisi Eqistus tərəfindən öldürüldü.
Medeya Caparidze
Medeya Caparidze (gürc. მედეა ვალერიანის ასული ჯაფარიძე; 20 fevral 1923, Tiflis, SSRİ — 31 mart 1994, Tiflis, Gürcüstan) — gürcü əsilli sovet kino və teatr aktrisası. Gürcüstan SSR xalq artisti (1950). Stalin mükafatı laureatı (1950). == Bioqrafiyası == Medeya Caparidze 1923-cü ildə Tiflisdə anadan olmuşdur. № 42 orta məktəbdə təhsil alır. 1939-cu ildə orta məktəbi bitirir. İki il Nadzaladevi Mədəniyyət Evində Xalq İncəsənət Teatrında çalışmışdır. 1942-ci ildə Tiflis K. Marjanişvili adına Akademik Teatrının aktrisası olur. Rustaveli teatrının studiyasında Georq Tovstonoqovdan dərs almışdır.
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur. Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Mikena mədəniyyəti
Mikena sivilizasiyası və ya Mikena mədəniyyəti — e.ə. II minillikdə Peloponnesdə inkişaf etmiş sivilizasiya. Təxminən e.ə. 2200-cü ildə yunan dilinin erkən formasında danışan hind-avropa xalqları yunan yarımadasını işğal etdi və e.ə. 1600-cü ildən etibarən öz kiçik şəhərlərini qurmağa başladılar. Minoylular ticarət əlaqələri sayəsində onların mədəni inkişafına təsir etdilər. Yunan və Minoy elementlərinin birləşməsi nəticəsində Mikena sivilizasiyası yarandı. Mikena e.ə. 1600 və 1200-cü illər arasında Yunanıstanın əsas şəhəri idi. Mikena təxminən e.ə.
Mikena sivilizasiyası
Mikena sivilizasiyası və ya Mikena mədəniyyəti — e.ə. II minillikdə Peloponnesdə inkişaf etmiş sivilizasiya. Təxminən e.ə. 2200-cü ildə yunan dilinin erkən formasında danışan hind-avropa xalqları yunan yarımadasını işğal etdi və e.ə. 1600-cü ildən etibarən öz kiçik şəhərlərini qurmağa başladılar. Minoylular ticarət əlaqələri sayəsində onların mədəni inkişafına təsir etdilər. Yunan və Minoy elementlərinin birləşməsi nəticəsində Mikena sivilizasiyası yarandı. Mikena e.ə. 1600 və 1200-cü illər arasında Yunanıstanın əsas şəhəri idi. Mikena təxminən e.ə.
Məkətu (Həştrud)
Məkətu (fars. مكتو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (41 ailə).
Meena Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mekka-Kola
Mekka-Kola (Mecca-Cola) - "Mecca Cola World Company" kampaniyasına əsas məhsulu olan sərinləşdirici qazlı alkoqolsuz içkinin markasıdır. Alkoqolsuz içkinin adı Məkkə şəhərinin adından götürülmüşdür. Mekka-Kola müsəlman ölkələrində istifadə edilir. Bu içki 64 ölkəyə ixrac edilir..
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Alet (Mikena çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Mikena çarı olmuş, Pelopsun övladlarındandır. Alet Egisf və Klitemnestranın oğlu idi. Onun ögey qardaşı Orestin Tavriyada ölməsi barədə saxta xəbər aldıqdan sonra Alet Mikenada hakimiyyəti ələ keçirmimşdir. Mikenaya qayıdan Orest onu öldürmüşdür. Alet Sofokl, Likofron və naməlum müəllifin mətnləri dövrümüzə qədər gəlib çatmayan faciələrində baş qəhrəmanı olmuşdur.
Meke gölü
Meke gölü — Türkiyənin mərkəz Konya vilayətində yerləşən vulkanik krater gölü. Ölkənin qeydə alınmış təbii abidəsi və Ramsar sahəsidir.