Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mark Minusi Feliks
Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi. == Apologetikası == Təqribən 180—192 illər arası dialoqlar üslubunda yazılmış "Oktavius" adlı apologetik əsərin yazarı idi. Bu kitab üslub baxımından Siseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II yüzillikdə Xristianlıqla antik dünyagörüşünün arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox böyük önəm daşıyır. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusius Feliksin iştirakı ilə gedir.. Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar.