Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euseius magucii
Euseius magucii (lat. Euseius magucii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hideyo Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. == Həyatı və karyerası == Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Koci Noquçi
Koci Noquçi (d. 5 iyun 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Seysaku Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Hideyo Noquçi Memorial Muzeyi
Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan) – Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey. Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. == Tarixi == Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır. 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır. == Xüsusiyyətlər == Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam". Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir. Onun Danimarka, Meksika, Peru, Ekvador və Afrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır.
Hideyo Noquçi Memorial Zalı